Bank Of Baku

Kürdəmirdə “Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi” mövzusunda tədbir keçirilib

Kürdəmirdə “Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi” mövzusunda tədbir keçirilib
# 26 noyabr 2010 14:25 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu gün Kürdəmirdə Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) sahibkarlığın inkişafına dövlət dəstəyi, sahibkarların investisiya layihələrinin güzəştli şərtlərlə kreditləşdirilməsi və onların maarifləndirilməsi məqsədilə “Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi” mövzusunda tədbir keçirib.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, tədbirdə Kürdəmir və ətraf rayonlarda fəaliyyət göstərən 300-dək sahibkar iştirak edib.

Tədbirdə çıxış edən İqtisadi İnkişaf Nazirliyinin Regionların inkişafı və dövlət proqramları şöbəsinin müdir müavini Fərrux Dadaşov və Sahibkarlığın inkişafı siyasəti şöbəsinin sektor müdiri Rauf Əliyev məqsədli dövlət proqramlarının uğurlu icrası regionların iqtisadi mənzərəsini dəyişdiyini, iqtisadiyyatın bütün sahələri inkişaf etdiyini və məşğulluğun artırılmasına nail olunduğunu bildiriblər.

İqtisadi İnkişaf Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin direktor müavini Rahim Mürsəlov Mərkəzin fəaliyyəti barədə məlumat verib. O qeyd edib ki, Bakı Biznes Tədris Mərkəzinin əsas fəaliyyət istiqamətləri ölkədə sahibkarların və sahibkarlıq fəaliyyətinə yeni başlamaq istəyənlərin maarifləndirilməsi, onlara informasiya və məsləhət xidmətlərinin göstərilməsi, regionlarda işgüzar fəallığın artırılmasıdır.

SKMF-nın icraçı direktoru Şirzad Abdullayev Fondun fəaliyyəti və güzəştli kreditlər hesabına bölgələrdə həyata keçirilən layihələr barədə məlumat verərək bildirib ki, Fond 2010-cu ilin ötən dövründə 1 271 sahibkara 97,9 mln. manat güzəştli kredit verib və bu kreditlər hesabına 4 800-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur. Verilmiş kreditlərin 99,8%-i ölkənin regionlarının payına düşür.

Tədbirdə sahibkarlar üçün «Güzəştli kreditlərin verilməsi mexanizmi, investisiya layihələrinin hazırlanması və təqdim olunması» mövzusunda treninq keçirilib və metodiki materiallar paylanıb.

Tədbir çərçivəsində həmçinin müvəkkil kredit təşkilatları vasitəsilə Kürdəmir və ətraf rayonlarda fəaliyyət göstərən 25 sahibkarlıq subyektinə 294 min manat güzəştli kredit verilib ki, bu kreditlər hesabına 50-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur.

Bundan başqa, «Azərbaycan regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı»na uyğun olaraq, tədbirdə Kürdəmir rayonunun iqtisadi potensialından daha səmərəli istifadə edilməsi məqsədilə yerli icra hakimiyyəti orqanlarının nümayəndələri və sahibkarlarla güzəştli şərtlərlə maliyyələşdirilməsi daha məqsədəuyğun hesab olunan sahələr üzrə müzakirələr aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR