Bank Of Baku

Azərbaycanda rahat lukum şirniyyat istehsalçısına qarşı maliyyə sanksiyası tətbiq edilib

Azərbaycanda rahat lukum şirniyyat istehsalçısına qarşı maliyyə sanksiyası tətbiq edilib
# 26 noyabr 2010 14:55 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycanda rahat lukum şirniyyat istehsalçısına qarşı antiinhisar qanunvericiliyinin tələblərinin pozulması ilə əlaqədar maliyyə sanksiyası tətbiq edilib.

Azərbaycan İqtisadi İnkişaf Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, istehlakçıları çaşdırmaqla haqsız rəqabətə yol verdiyinə görə rahat lukum istehsalı ilə məşğul olan Turan Günəş barəsində Nazirlik yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb.

Dövlət Xidmətində işə baxılıb və «Haqsız rəqabət haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin tələblərini pozduğuna görə T.Günəşə 555 manat maliyyə sanksiyası tətbiq edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR