Bank Of Baku

Almaniya Azərbaycana idxal olunan malların həcminə görə Çini geridə qoyub

Almaniya Azərbaycana idxal olunan malların həcminə görə Çini geridə qoyub
# 29 noyabr 2010 11:00 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanın ən böyük xarici ticarət tərəfdaşları İtaliya və Rusiya olub. Dövlət Gömrük Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə ölkədən ixracın 5 503,315 mln. dolları və ya 31,69%-i İtaliyanın payına düşüb. İxracın həcminə görə ikinci yeri Fransa (ümumi ixracın 9,6%-i), sonrakı yerləri İsrail (8,39%), ABŞ (7,65%), İndoneziya (4,50%), Ukrayna (4,13%), Xorvatiya (3,94%), Rusiya (3,41%), Malayziya (3,33%) və Gürcüstan (1,82%) tutur. Yeri gəlmişkən, Azərbaycanın ən çox mal ixrac etdiyi 10 ölkənin siyahısında dəyişiklik baş verib. Bir ay əvvəlki vəziyyətdən fərqli olaraq burada Kanadanı Gürcüstan əvəzləyib.

Ölkəyə idxal olunan malların həcminə görə isə Azərbaycanın əsas tərəfdaşı Rusiyadır. İlk 10 ayda Azərbaycan Rusiyadan 872,409 mln. dollarlıq (ümumi idxalın 16,98%-i) mal idxal edib. Azərbaycana idxalın həcminə görə ikinci yeri Türkiyə (ümumi idxalın 11,75%-i), sonrakı yerləri Almaniya (8,62%), Çin (8,27%), Ukrayna (7,41%), Böyük Britaniya (4,75%), Qazaxıstan (4,49%), ABŞ (3,34%), Sinqapur (3,26%), Koreya Respublikası (2,59%) tutur.

Ölkəyə idxal olunan məhsulların həcminə görə Azərbaycanın ən böyük tərafdaşlarının siyahısında baş verən maraqlı yenilik Almaniyanın Çini üstələməsidir. Bu ilin ilk 10 ayında Almaniyadan Azərbaycana 443 mln. dollarlıq mal gətirilib. Bu göstəriciyə görə Almaniya indiyədək 3-cü yeri tutan Çini bir pillə aşağı sıxışdırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR