Azərbaycan “Sahibkarlığa yeni imkanların yaradılması və yeni imkanların açılması məsələləri” mövzusunda Tiflisdə keçirilən konfransda iştirak edir
“APA-Economics”in Gürcüstan bürosunun məlumatına görə, konfransda Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) Şərqi Avropa və Mərkəzi Asiya üzrə direktoru xanım Snejana Stoiljoviç “İslahatın uzunmüddətli inkişafının həyata keçirilməsi” mövzusunda əsas məruzə ilə çıxış edib.
Sonra Gürcüstanın baş naziri Nika Gilauri və Dünya Bankının Cənubi Qafqaz üzrə baş direktoru Əsəd Salam mövzu ətrafında çıxış ediblər. N.Gilauri qeyd edib ki, Gürcüstan parlamentinə “Azadlıq aktı” adlı qanun layihəsi təqdim olunub: “İstəyirik ki, hər bir investisiya sahibi əmin olsun ki, onlar üçün ölkədə istənilən şərait yaradılacaq. İnvestorun inamı olmalıdır ki, ölkədə vəziyyət sabit qalacaq. Buna görə də Gürcüstanda müxtəlif biznes sahələri inkişaf etməyə başlayıb, 32 ölkə ilə biznesin inkişafı barədə müqavilə bağlamışıq, daha 24 ölkənin sahibkarları və şirkətləri ilə müqavilələrin bağlanması nəzərdə tutulub. Gürcüstan eyni zamanda Azərbaycanla 10 il müddətinə qaz təminatı barədə müqavilə imzalayıb”.
Sonra baş nazir konfrans nümayəndələrinin suallarını cavablandırıb. Azərbaycanın Gürcüstandakı səfirliyinin müşaviri Şövqi Mehdizadənin “Orta və kiçik sahibkarlığının inkişafı barədə Gürcüstan hökuməti hansı addımlar atmağı nəzərdə tutub” sualını cavablandıran baş nazir bildirib ki, bu barədə konkret proqram yoxdur: “Yeni Vergi Məcəlləsi çərçivəsində daha asanlaşdırılmış vergi şəraiti nəzərdə tutulub. Gürcüstanda iki sahədə - gömrük və polis sistemində islahatlar baş tutub. Gömrük sahəsində keçirilən islahatlar nisbətən gec həyata keçirildi, lakin polis sahəsində islahatların daha çox effekti oldu”.
Konfransda 30 ölkədən nümayəndələr iştirak edir. Tədbirdə Azərbaycanı dörd nəfərlik nümayəndə heyəti - vergilər nazirinin müavini Sahib Ələkbərov, Nazirlər Kabinetinin iqtisadiyyat şöbəsinin müdiri Şahin Sadıxov və Vergilər Nazirliyinin iki əməkdaşı təmsil edir. Sessiyada Azərbaycan Vergilər Nazirliyinin biznes qeydiyyatı departamentinin hüquqşünası Aysu Əliyeva “Azərbaycanda vahid pəncərə sisteminin tətbiq olunması barədə” layihənin təqdimatını keçirib.
Azərbaycan vergilər nazirinin müavini Sahib Ələkbərov jurnalistlərə açıqlamasında bildirib ki, Azərbaycanın “vahid pəncərə” sisteminə keçidlə əlaqədar təcrübəsi bir çox dünya ölkələri tərəfindən təqdir olunur və qəbul olunur: “Hesab edirəm ki, konfrans çox maraqlı və faydalıdır. Konfransda konkret məsələlər, o cümlədən reyestr xidmətinin təşkil olunması, tikintiyə icazə verilməsi qaydaları və s. barədə fikir mübadiləsi aparıldı. Bu barədə praktiki təcrübələr var. Biz çalışırıq ki, dünyanın hər yerində yaxşı nə varsa, onlara baxaq və özümüzdə olan təcrübə ilə müqayisə edək. Əgər bizim üçün yararlı və faydalıdırsa, ondan işimizdə istifadə etməyə çalışırıq”.
Sahibkarlıq
Dövlət şirkətlərinin bazardakı rəqabət prisnsiplərinə uyğunluğu qiymətləndiriləcək
Azərbaycanda “rəqabət xəritəsi” hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək
Obyekt almaq istəyənlər üçün Bakıda yeni seçimlər – hansı ərazilərdə?
Təbii inhisarlarla bağlı şikayətlər üzrə istehlakçılara qaytarılan vəsaitin həcmi açıqlanıb
Xəbər Lenti
Ağ Ev Rusiyanın ABŞ-da keçiriləcək G20 toplantısına dəvət olunduğunu təsdiqləyib
KİV: İsrail Dəməşq yaxınlığındakı yaşayış məntəqəsini artilleriya atəşinə tutub
Hakan Fidan Səudiyyə Ərəbistanının XİN rəhbəri ilə bölgədəki vəziyyəti müzakirə edib
Putin: Avropa qoşunlarının Ukraynaya yerləşdirilməsi Rusiya ilə müharibə deməkdir
Səudiyyə Ərəbistanında hücumlardan sonra "Şərq-Qərb" neft kəmərinin işi dayandırılıb
"Beşiktaş" öz meydanında "Erzurumspor"u darmadağın edib
Rusiya gün ərzində 67 Ukrayna PUA-sını vurduğunu açıqlayıb
Husilər Səudiyyə Ərəbistanının hücumları nəticəsində 44 dinc sakinin öldüyünü açıqlayıb
ABŞ Nümayəndələr Palatasında Rusiyaya qarşı yeni sanksiyalar layihəsi səsverməyə çıxarılacaq
Britaniya kəşfiyyatı: Ukrayna müharibəsində 500 minə yaxın Rusiya hərbçisi ölüb
“Fənərbaxça” İsmail Kartalın komandanın baş məşqçisi postunda qaldığını açıqlayıb
Avropa Komissiyası Ukraynaya “Patriot” raketləri və PUA-lar üçün 6,1 milyard avro ayırıb
Rusiyada yol qəzası nəticəsində 12 nəfər ölüb
Misir Prezidenti Yaxın Şərqdə vəziyyətin sabitləşəcəyinə ümid edir
Yəmən ordusu Moha yaxınlığında husilərin mövqelərinə kütləvi hava zərbələri endirir
İsrail Qəzzada HAMAS-ın iki komandirini öldürdüyünü açıqlayıb
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü başa çatıb
Şuşada Meksikanın Müstəqillik Günü qeyd olunub - FOTO - VİDEO
Rusiyanın Dneprə hücumu nəticəsində 12 nəfər yaralanıb
Husilər Səudiyyə Ərəbistanının 9 hərbi təyyarəsini vurduqlarını iddia edirlər
“Sea Breeze 2026”nın ilk oyununda qalib bəlli olub
“Sea Breeze 2026”: Təmsilçimiz turnirə qələbə ilə başladı - YENİLƏNİB
Gürcüstanda vətənə xəyanətdə ittiham olunan müxalifət lideri saxlanılıb
“Neftçi” “İmişli”ni məğlub edib
Səfirlik: ABŞ-ın qlobal terrorizmə qarşı birgə mübarizəsinə verdiyi töhfələrə görə Azərbaycana minnətdarıq
Diplomatik korpusun nümayəndələri Şuşa şəhərində yaşayış komplekslərini ziyarət ediblər - FOTO
Husilər Yəməndə Qırmızı dənizin sahillərini tam nəzarətə götürüblər
Omanda Körfəz ölkələrinin iştirakı ilə regional toplantı keçiriləcək
Xarici diplomatlar Şuşa qala divarlarını ziyarət ediblər - FOTO
Dövlət şirkətlərinin bazardakı rəqabət prisnsiplərinə uyğunluğu qiymətləndiriləcək
Qırmızı qəsəbədə Roş ha-Şana bayramı qeyd olunur - FOTO
İsmail Kartalın istefası qəbul edilib
Xarici diplomatlar Şuşada Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin güllələnmiş büstlərini ziyarət ediblər - FOTO
FHN-in qurumları arasında səmti müəyyənetmə üzrə çempionata yekun vurulub
Azərbaycanda “rəqabət xəritəsi” hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək
Xarici diplomatlar Şuşada “Sadıqcanın evi”ni ziyarət ediblər - FOTO
MM komitə sədri: Çox zaman müəllimlər qız uşaqlarına deyir ki, nə üçün oxuyursan, tez ərə getməlisən
Xankəndidə regional məşğulluq ekosisteminin qurulması məsələləri müzakirə olunub
BMTMM-nin sədrinə 3 müavin təyin edilib - EKSKLÜZİV
M9 nömrəli ekspres marşrutu fəaliyyətə başlayır
Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair Milli Fəaliyyət Planı təsdiq edilib
Fərid Şəfiyev Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin sədri təyin edilib
TPAO: “Şahdəniz” Türkiyə və Avropanın qaz təhlükəsizliyinə mühüm töhfə verir
Diplomatik korpusun nümayəndələri Yuxarı Gövhər Ağa məscidini ziyarət ediblər - FOTO
Xarici diplomatlar Cıdır düzündə olub - VİDEO
Leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ
Əhalinin yanacaq xərcləri bu il 4%-dən çox artıb
2026-2027-ci il tədris ili üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib
Baş prokuror Kamran Əliyev Qazaxıstana səfər edib