Bank Of Baku

Şəkidə sahibkarlar üçün «Aqrar iqtisadiyyat» mövzusunda seminar keçirilib

Şəkidə sahibkarlar üçün «Aqrar iqtisadiyyat» mövzusunda seminar keçirilib
# 29 noyabr 2010 14:12 (UTC +04:00)
Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, seminarda Bakı Biznes Tədris Mərkəzinin və Kənd Təsərrüfatı Nazirliyinin Şəki-Zaqatala iqtisadi rayonu üzrə Kənd təsərrüfatı idarəsinin əməkdaşları, həmçinin 30-dan çox sahibkar iştirak edib.

Tədbirdə iştirakçılara «Taxıl haqqında» Azərbaycan Respublikasının Qanunu, «Azərbaycan regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı», təsərrüfatçılığın yeni formaları, bitkiçiliyin və heyvandarlığın əsasları, regionda meyvə-tərəvəz, heyvandarlıq və digər kənd təsərrüfatı məhsullarının istehsalının inkişaf istiqamətləri, yüksək keyfiyyətli məhsul istehsalı və satışını təmin etmək üçün işgüzar əlaqələrin qurulması barədə geniş məlumat verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR