Bank Of Baku

Sumqayıt və Tiflis şəhərləri iqtisadiyyat sahəsində əməkdaşlıq edəcəklər

Sumqayıt və Tiflis şəhərləri iqtisadiyyat sahəsində əməkdaşlıq edəcəklər
# 01 dekabr 2010 10:15 (UTC +04:00)
Sumqayıt - APA-Economics. Sumqayıt şəhər nümayəndə heyəti Gürcüstana səfər edib. Bu barədə “APA-Economics”ə Sumqayıt şəhər İcra Hakimiyyətindən məlumat verilib.

Nümayəndə heyəti səfər çərçivəsində Tiflis meriyasının İqtisadi İnkişaf Agentliyinin rəhbəri Z.Arçuadze ilə görüşüb. Görüşdə hər iki şəhərin iqtisadiyyat sahəsində birgə əməkdaşlıq imkanları müzakirə edilib.

Z.Arçuadze 2011-ci ilin may ayında Tiflisdə keçiriləcək Yerli İqtisadi İnkişaf Forumunda Sumqayıt şəhəri üçün yer ayrılmasını təklif edib. Forumda Sumqayıt müəssisələri öz təqdimatlarını keçirmə imkanı əldə edəcəklər. Bundan əlavə, hər bir müəssisə öz məhsullarının sərgisini təşkil edə biləcək. Görüş zamanı eyni zamanda yerli sahibkarlığın inkişafı məsələləri ilə bağlı müzakirələr aparılıb. Sonda tərəflər bir-birinə xatirə hədiyyələri təqdim ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR