Bank Of Baku

Bakıda beynəlxalq ticarət əməliyyatları sahəsində «bir pəncərə» prinsipinin tətbiqi imkanları müzakirə edilir

Bakıda beynəlxalq ticarət əməliyyatları sahəsində «bir pəncərə» prinsipinin tətbiqi imkanları müzakirə edilir
# 01 dekabr 2010 10:37 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Keçmiş SSRİ respublikalarında sərhədi keçərkən sənədlərin rəsmiləşdirilməsinə bəzən malın daşınmasından da çox vaxt sərf edilir. «APA-Economics»in məlumatına görə, bunu Bakıda səfərdə olan BMT-nin Avropa üçün İqtisadi Komissiyasının icraçı katibinin müavini Andrey Vasilyev bildirib.

Onun sözlərinə görə, BMT-nin SPECA proqrammı çərçivəsində Ticarət üçün Yardım Təşəbbüsünə dair Bakıda keçirilən Nazirlər Görüşündə əsas məqsəd də ticarət və nəqliyyat prosedurlarının sadələşdirilməsi məsələlərini daha konkret müzakirə etməkdir.

Bu layihələrdən biri kimi BMT-nin nümaynədəsi ticarət prosedurlarının asanlaşdırılmasını göstərib: «Regionda ticarət prosedurları hələ də kifayət qədər mürəkkəbdir, müxtəlif ölkələrdə vəziyyət fərqlidir. Azərbaycanda vəziyyət daha əlverişlidir, amma burada regional əməkdaşlıq da nəzərə alınmalıdır, çünki ölkələr bu məsələdə öz qonşularından da asılıdır». Ona görə də prosedurların sadələşdirilməsi, bürokratik maneələrin azaldılması, sənədləşmənin sadələşdirilməsi və ticarət əməliyyatları üçün «bir pəncərə» sisteminin tətbiqi çox vacibdir.

A.Vasilyevin sözlərinə görə, sahibkarların sənədlərini «bir pəncərə» vasitəsilə təqdim etməsi ticarət əməliyyatlarındakı vaxt itkisini azaldacaq: «Belə ki, keçmiş sovet respublikalarında sərhədi keçərkən sənədlərin rəsmiləşdirilməsinə bəzən malın daşınmasından da çox vaxt sərf edilir».

Ticarətin inkişafı üçün ikinci istiqamət bu ölkələrin Dünya Ticarət Təşkilatına daxil olması üçün danışıqların aparılmasına yardım etməkdir. Bu addımlar da ticarətin daha sərbəst aparılmasına imkan verəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR