Bank Of Baku

Kürdəmirdə “Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi” mövzusunda tədbir keçirib

Kürdəmirdə “Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi” mövzusunda tədbir keçirib
# 01 dekabr 2010 11:54 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycan regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Kürdəmir rayonunda “Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi” mövzusunda tədbir keçirib.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, tədbir çərçivəsində yerli icra hakimiyyəti orqanlarının nümayəndələri və sahibkarlarla mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi məqsədilə müzakirələr aparılıb, Fond tərəfindən Kürdəmir rayonu üzrə sahibkarlıq subyektlərindən bir sıra istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib.

Təkliflər sırasında intensiv heyvandarlığın, ətlik istiqamətli quşçuluğun və bağçılığın (nar, heyva, üzüm və s.) inkişafı, meyvə və tərəvəz məhsullarının saxlanılması üçün müasir tələblərə cavab verən soyuducu anbar kompleksinin yaradılması da var.

Beləliklə, Fondun vəsaitlərinin istifadəsi qaydalarına uyğun olaraq bu gündən etibarən sahibkarlıq subyektləri müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR