Bank Of Baku

Mənşəyi bəlli olmayan 243 kq polietilen torba məhv edilib

Mənşəyi bəlli olmayan 243 kq polietilen torba məhv edilib
# 01 dekabr 2010 13:25 (UTC +04:00)
Bakı - APA-Economics. İqtisadi İnkişaf Nazirliyi (İİN) yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, M.Qaşqay küçəsi, 22/23 ünvanında Qurban Qəhrəmanova məxsus mağazada aparılan yoxlama zamanı 243 kq mənşəyi bəlli olmayan və üzərində istifadə təyinatına uyğun lazımi məlumatlar göstərilməmiş polietilen torbalar aşkar edilib.

İİN-dən “APA-Economics”ə verilən məlumata görə, torbaların məhv edilməsi barədə Qurban Qəhrəmanova icrası məcburi göstəriş verilib.

Göstərişin icrası ilə əlaqədar 243 kq mənşəyi bəlli olmayan polietilen torbalar Dövlət Xidmətinin əməkdaşlarının iştirakı ilə qanunvericilikdə müəyyən edilmiş qaydada məhv edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR