Bank Of Baku

Bakıda külli miqdarda pirat DVD-lər məhv edilib

Bakıda külli miqdarda pirat DVD-lər məhv edilib
# 01 dekabr 2010 13:40 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlakçıları çaşdırmaqla haqsız rəqabətə yol verdiyinə görə audiovizual sənaye məhsullarının satışı ilə məşğul olan “Xəqan” kiçik müəssisəsi barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırıb.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, Dövlət Xidmətində işə baxılıb və “Haqsız rəqabət haqqında” Qanunun 9-cu maddəsinin tələblərini pozduğuna görə, “Xəqan” kiçik müəssisəsinə 727 manat maliyyə sanksiyası tətbiq edilib. Bundan başqa, şirkətə piratçılıq yolu ilə çoxaldılmaqla satıldığı aşkar edilmiş 612 ədəd DVD-nin məhv edilməsi barədə icrası məcburi göstəriş verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR