Bank Of Baku

Azərbaycanda Özbəkistan Milli Sərgisi keçiriləcək

Azərbaycanda Özbəkistan Milli Sərgisi keçiriləcək
# 01 dekabr 2010 14:46 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Dekabrın 3-dən 5-dək Bakıda Özbəkistan Milli Sərgisi keçiriləcək. Azərbaycan İqtisadi İnkişaf Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, sərgidə Özbəkistan iqtisadiyyatının müxtəlif sahələri üzrə mal və xidmətlər nümayiş etdiriləcək.

Həmçinin, sərgidə Özbəkistanın tarixi və mədəni irsini, turizm potensialını və xalq yaradıcılığını əks etdirən stendlərin təşkil edilməsi, bir sıra mədəni tədbirlərin keçirilməsi nəzərdə tutulur.

Xatırladaq ki, bu ilin noyabrın 5-8-də Daşkənddə ilk Azərbaycan Milli Sərgisi keçirilib.

Qeyd edək ki, Bakı Sərgi Mərkəzində keçiriləcək sərgidə iştirak etmək istəyən şəxslər açılış günü saat 12:00-dan 17:00-dək, qalan günlər isə 10:00-dan 17:00-dək «N.Nərimanov» metro stansiyasından hərəkət edən xüsusi avtobusla tədbiri ziyarət edə bilərlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR