Bank Of Baku

Yaxın aylarda Azərbaycanın restoran biznesi sahəsinə 10 yeni brend cəlb olunacaq

Yaxın aylarda Azərbaycanın restoran biznesi sahəsinə 10 yeni brend cəlb olunacaq
# 02 dekabr 2010 10:59 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bunu AFA-nın sədri Elşən Musayev bildirib.

Onun sözlərinə görə, Assosiasiya Azərbaycana restoran biznesi sahəsini təmsil edən 10 yeni brend cəlb edəcək ki, bunların hamısı ölkədə françayzinq prinsipi ilə fəaliyyət göstərəcək.

E.Musayev onu da bildirib ki, hazırda Azərbaycanın bir çox ticarət mərkəzlərində təmsil olunan brendlər françayzinq sistemi ilə işləyib-işləməməsi məlum deyil: «Bu sahədə hazırda müəyyən problemlər mövcuddur».

Eyni zamanda, AFA-nın sədri onu vurğulayıb ki, Azərbaycanda françayzinq kiçik və orta sahibkarlığın inkişafına da yardım göstərə bilər.

Qeyd edək ki, françayzinq tanınmış şirkətin brendindən istifadə edərək digər bir şirkətin fəaliyyət göstərməsini nəzərdə tutur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR