Bank Of Baku

Küçə reklamlarında yol verilmiş qanun pozuntuları aradan qaldırılıb

Küçə reklamlarında yol verilmiş qanun pozuntuları aradan qaldırılıb
# 02 dekabr 2010 13:28 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti küçə reklamlarının yayımı sahəsində qanunvericiliyin tələblərinə əməl olunması vəziyyətinin müəyyənləşdirilməsi məqsədilə monitorinqlərini davam etdirir.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, aparılan monitorinqlər zamanı «Optimal Electronics» MMC və «Final dərgisi dərshanələri» hazırlıq kursları tərəfindən qanunvericiliyin tələblərinə əməl edilmədən hazırlanmış reklam materialları müəyyən olunub, yol verilmiş qanun pozuntularının aradan qaldırılması barədə təsərrüfat subyektlərinə müvafiq göstərişlər verilib.

Qeyd edək ki, bundan əvvəl də Dövlət Xidməti tərəfindən 18 təsərrüfat subyektinə məxsus küçə reklamlarında qanunvericiliyin tələblərinin pozulması halları aşkar edilib və bu reklamların qanunvericiliyin tələblərinə uyğunlaşdırılması təmin olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR