Bank Of Baku

Azərbaycanda Özbəkistanın I Milli Sərgisi keçirilir- FOTOSESSİYA

Azərbaycanda Özbəkistanın I Milli Sərgisi keçirilir- <font color=red>FOTOSESSİYA</font>
# 03 dekabr 2010 09:01 (UTC +04:00)
APA-Economics”in xəbərinə görə, tədbirin açılışında çıxış edən Azərbaycan baş nazirinin müavini Yaqub Eyyubov bildirib ki, sərgi iki ölkənin prezidentlərinin razılığı əsasında keçirilir.

Onun sözlərinə görə, Özbəkistanın ilk Milli Sərgisinin Azərbaycanda keçirilməsi ölkələr arasındakı əlaqələrin yüksək səviyyədə olduğunu göstərir: “Qlobal maliyyə böhranı bir çox ölkələrə ziyan vursa da, sevindirici haldır ki, Azərbaycan və Özbəkistan iqtisadiyyatlarına o qədər də təsir etməyib”.

Y.Eyyubov qeyd edib ki, sərgidə iştirak edən 300 müəssisə 3000-dən artıq məhsul nümayiş etdirir: “Ümid edirəm ki, sərgidə iştirak edən Özbəkistan şirkətləri azərbaycanlı tərəfdaşları ilə yeni sazişlər imzalayacaqlar”.

Özbəkistan baş nazirinin müavini, xarici iqtisadi əlaqələr, investisiyalar və ticarət naziri Elyor Qaniyev deyib ki, ümid etdiyini bildirib ki, sərgi iki ölkə arasında ticarət dövriyyəsinin artmasına səbəb olacaq yeni iqtisadi əlaqələrin qurulması ilə nəticələnəcək: “Azərbaycan iqtisadiyyatı Cənubi Qafqazda, Özbəkistan iqtisadiyyatı isə Asiyada dominantlıq edir. İki ölkə arasında ticarət dövriyyəsini artırmaq üçün böyük iqtisadi potensial mövcuddur”.

Qeyd edək ki, bu il noyabrın 5-7-də Özbəkistanda Azərbaycanın I Milli Sərgisi keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR