Bank Of Baku

Bakıda keçirilən Özbəkistanın I Milli Sərgisi çərçivəsində bir sıra müqavilələr imzalanacaq

Bakıda keçirilən Özbəkistanın I Milli Sərgisi çərçivəsində bir sıra müqavilələr imzalanacaq
# 03 dekabr 2010 10:07 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan və Özbəkistanda keçirilən milli sərgilər iki ölkə arasında ticarət dövriyyəsinin artmasına təkan verəcək.

APA-Economics”in xəbərinə görə, bu barədə Azərbaycan baş nazirinin müavini Yaqub Eyyubov bildirib.

Onun sözlərinə görə, hazırkı ticarət dövriyyəsinin həcmi ölkələrin iqtisadi potensialına uyğun deyil: “Bu isə bizi qane etmir və çalışacağıq ki, milli sərgilərdən istifadə edərək bu həcmi artıraq. Bu cür sərgilər davamlı olacaq”.

Özbəkistan baş nazirinin müavini, xarici iqtisadi əlaqələr, investisiyalar və ticarət naziri Elyor Qaniyev isə deyib ki, bu cür sərgilər iki ölkənin sahibkarlıq subyektləri arasında uzunmüddətli əməkdaşlığı təməlini qoyur: “Azərbaycanın Özbəkistanda keçirilən I Milli Sərgisi çərçivəsində bir sıra müqavilələr imzalanıb. Bu 3 gün ərzində Bakıda da bir sıra müqavilələrin imzalanması planlaşdırılır. Əməkdaşlıq ticarətlə məhdudlaşmayacaq, birgə layihələrin icrası da nəzərdə tutulub”.

Qeyd edək ki, bu il noyabrın 5-7-də Özbəkistanda Azərbaycanın I Milli Sərgisi keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR