Bank Of Baku

“Azersun Holding”in rəhbəri “Azeri Business Award” mükafatına layiq görülüb

“Azersun Holding”in rəhbəri “Azeri Business Award” mükafatına layiq görülüb
# 06 dekabr 2010 10:40 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. “Azərsun Holding”in İdarə Heyətinin sədri, xeyriyyəçi iş adamı Abdulbari Gözəl “Azeri Business Award” mükafatı ilə təltif edilib.
“Azersun”dan “APA-Economics”ə verilən məlumata görə, Bakıda təşkil olunmuş “Azeri Business Award” mərasimində müasir Azərbaycan iqtisadiyyatının inkişafı və uğurlarına həsr olunmuş bir neçə nominasiya üzrə ölkənin aparıcı şirkət və müəssisələrinin mükafatlandırılma mərasimi keçirilib. Mərasimdə Azərbaycanın iqtisadiyyatının, o cümlədən sənaye və kənd təsərrüfatının inkişafında uğurları olan biznes nümayəndələri bu sahəyə verdikləri xüsusi töhfələrə görə “Azeri Business Award” mükafatına layiq görülüb. Təltifetmə mərasimində «Azersun Holding»ın İdarə Heyətinin sədri Abdulbari Gözəl də iştirak edib.
Qeyd edək ki, 1991-ci ildən Azərbaycana sərmayə qoyuluşu edən xeyriyyəçi iş adamı A.Gözəl fəaliyyəti ilə ölkənin iqtisadi inkişafına böyük töhfələr verib.
Azərbaycanın qida təhlükəsizliyinin təmin olunmasında mühüm rola malik “Natural Greenland” kənd təsərrüfatı kompleksi və konserv zavodu, Masazır Duz Zavodu və müasir yaşam mərkəzi “Parkbulvar”ın istifadəyə verilməsi , “Azersun Holding”in İdarə Heyətinin sədri A.Gözəlin 2010-cu ildə həyata keçirdiyi uğurlu layihələrdən olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR