Bank Of Baku

Rusiyada pirotexnika satışı ilə Fövqəladə Hallar Nazirliyi məşğul olacaq

Rusiyada pirotexnika satışı ilə Fövqəladə Hallar Nazirliyi məşğul olacaq
# 06 dekabr 2010 11:10 (UTC +04:00)
Bakı - APA-Economics. Rusiyada pirotexnika satışı ilə Fövqəladə Hallar Nazirliyi (FHN) məşğul olacaq.

APA-Economics”in RBK-ya istinadən xəbərinə görə, bu barədə nazirlikdə keçirilən toplantıda ölkənin fövqəladə hallar naziri Sergey Şoyqu bildirib.

“Qalib gələ bilmiriksə, o zaman bu işə rəhbərlik etməliyik” - deyən nazir qeyd edib ki, pirotexnika ticarəti ilə bağlı qanunvericiliyə köklü dəyişikliklər etmək lazımdır: “FHN əməkdaşları həm istehsalçılar, həm də satıcılarla birlikdə pirotexnika satışının təşkili ilə məşğul olmalıdırlar”.

S.Şoyqunun sözlərinə görə, Yeni il şənlikləri yanğın təhlükəsizliyi baxımından meşə yanğınları ilə müqayisədə daha təhlükəlidir: “2010-cu ilin ilk 10 günü ərzində Rusiyada külə dönən yaşayış sahələri yayda baş verən meşə yanğınları ilə müqayisədə 2 dəfə çoxdur. Yeni il bayramı günlərində insan tələfatı adi günlərdən 3 dəfə çox olur. Bu il hətta bayram günlərinin birində həlak olanların sayı 117 nəfər olub”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR