Bank Of Baku

Sumqayıtda daha 3,2 ton polietilen torba satışından çıxarılıb

Sumqayıtda daha 3,2 ton polietilen torba satışından çıxarılıb
# 06 dekabr 2010 12:04 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycanda qeyri-qanuni polietilen torbaların istehsalı ilə məşğul olan şirkətə icrası məcburi göstəriş verilib.

Azərbaycan İqtisadi İnkişaf Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, nazirlik yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Sumqayıt şəhəri, Üzvi Sintez Zavodunun ərazisində “Leyla-R” firmasına məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı polietilen torbaların gigiyenik sertifikatı olmadan istehsal edildiyi, həmçinin həmin torbaların etiketlərində təyinatına uyğun olaraq “Ərzaq malları üçün” və ya “Qeyri-ərzaq malları üçün” sözləri göstərilməməklə istehlakçılara zəruri məlumatların verilmədiyi müəyyən edilib.

Aşkar olunmuş qanun pozuntuları ilə əlaqədar polietilen torbaların istehsalının dayandırılması və ticarət şəbəkəsindən geri yığılması, habelə gigiyenik sertifikatı olmadan istehsal edilmiş və üzərində istifadə təyinatı barədə istehlakçılar üçün zəruri məlumatlar qeyd edilməyən 3,2 ton polietilen torbanın satışının qadağan edilməsi barədə “Leyla-R” firmasına icrası məcburi göstəriş verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR