Bank Of Baku

Saxlama müddəti ötmüş 380 kq ərzaq malları satışdan çıxarılaraq məhv edilib

Saxlama müddəti ötmüş 380 kq ərzaq malları satışdan çıxarılaraq məhv edilib
# 06 dekabr 2010 14:11 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən növbəti monitorinq keçirilib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, monitorinq zamanı Bakının Nəsimi rayonunda R.Cəbiyev küçəsi, ev 5, mənzil 1 ünvanında yerləşən «Anar market»də, H.Seyidzadə küçəsi, ev 21, mənzil 1 ünvanındakı «Ordubad market»də, H.Seyidzadə küçəsi, ev 16 A, mənzil 46 ünvanında yerləşən «Urfan market»də, Ə.B.Topçubaşov küçəsi, ev 21 ünvanında Elnur Haqverdiyevə məxsus mağazada, Binəqədi rayonunda 9A mikrorayonu, Pişevari küçəsində Fəxrəddin Ələkbərova məxsus mağazada, 2-ci mədən küçəsi, 94 saylı korpusda yerləşən «Rəşad market»də, Novxanı və Balaxanı şosselərinin kəsişməsindəki «Nicat» ticarət mərkəzində Tünzalə Şirinovaya məxsus mağazada, Gülüstan küçəsi, 1, döngə 10 ünvanında yerləşən «Rəvan market»də, Nərimanov küçəsi, ev 81 ünvanındakı «Fərid market»də, Gülüstan küçəsi, döngə 8, ev 2 ünvanında yerləşən «Gülüstan market»də, Nərimanov rayonunda Təbriz küçəsi, 56, mənzil 17 ünvanında Mahir Hümmətova məxsus mağazada, Mingəçevir şəhərində Təbriz küçəsində Fazil Əhmədova məxsus mağazada, Tovuz rayonunda Qovlar qəsəbəsi, Vağzal küçəsində Nizami Nuriyevə və Tariyel Quliyevə məxsus mağazalarda, Qəbələ rayonunda İ.B.Qutqaşınlı küçəsində Nizami Kazımova məxsus mağazada, Quba rayonunda Vladimirovka kəndində Saleh İsayevə məxsus mağazada, Gəncə şəhərində Nizami küçəsi, 01 ünvanında Turqay Məhərrəmova məxsus mağazada, Nizami küçəsi ilə H.Əliyev prospektinin kəsişməsində Müşfiq Əliyevə məxsus mağazada ümumi çəkisi 380 kiloqrama yaxın olan saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan ərzaq malları, o cümlədən qənnadı məhsulları, süd və süd məhsulları, ət məhsulları, konservləşdirilmiş məhsullar, balıq və digər dəniz məhsulları, un məmulatları, yağlar, sərinləşdirici içkilər, meyvə şirələri, uşaq yeməkləri, pivə və s. aşkar olunub, satışdan çıxarılaraq məhv edilib.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR