Bank Of Baku

Azərbaycanda cıdır yarışları, brilyant biznesi və nano texnologiyalar üzrə ixtisaslaşmış şirkətlər yaradılıb

Azərbaycanda cıdır yarışları, brilyant biznesi və nano texnologiyalar üzrə ixtisaslaşmış şirkətlər yaradılıb
# 08 dekabr 2010 12:59 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, siyahıdan məlum olur ki, Azərbaycanda Misir şirkətinin iştirakı ilə yeni dərman zavodu tikiləcək. Abşeron rayonunda qeydiyyatdan keçmiş «Acdima-Abşeron» dərman preparatlarının və tibbi ləvazimatların istehsalı üzrə ixtisaslaşan bu müəssisəsinin təsisçiləri rolunda yerli tikinti şirkəti ilə Misirin «Arab company for Drug İndustries and Medical appliances» SC çıxış edir.

Digər maraqlı yenilik zərgərlik və qiymətli daşlar biznesində gözlənilir – adından göründüyü kimi «Caspians Brilliants Co.» şirkəti brilyant məmulatlarının satışında ixtisaslaşacaq. Bu sahədə diqqəti cəlb edən digər yenilik Şəmkirdə «Gold Invest» şirkətinin yaradılmasıdır. Bu şirkətin qızılla əlaqədar sahələrədə fəaliyyət göstərəcəyi şübhə doğurmur.

Ölkədə ilk dəfə «Wall-Mart» adlı şirkət qeydiyyatdan keçib. Dünyanın ən böyük ticarət şəbəkəsinin – məşhur «Wall-Mart»ın adına uyğunluğu Azərbaycanda şəbəkənin yeni filialının açılacağını güman etməyə əsas verir.

Digər maraqlı yenilik Azərbaycanda cıdır yarışları üzrə şirkətin yaradılmasıdır. «Azerbaijan Racing Corporation» şirkətinin təsisçisi yerli fiziki şəxsdir.

Noyabrda Azərbaycanda, üstəlik də regionda Beliz (Latın Amerikasında ölkə) şirkətlərinin təsisçiliyi ilə bir neçə hüquqi şəxs yaradılıb.

Balakən rayonunda təsis edilən «Worldwide Plus Ltd.», «Green Team Ltd.» və «Golden United Ltd.» şirkətlərini Azərbaycanda Seyşel adalarında yaradılan şirkət idarə edəcək.

Texnologiya sahəsində gözlənən yeniliklərdən biri «Nano Technology Group» şirkətinin yaradılmasıdır. Adından məlum olduğu kimi, şirkət ölkə özrə ilk dəfə olaraq nano texnologiyalarla məşğul olacaq.

Nəhayət, maliyyə sektorunda gözlənilən bəzi yeniliklər iki kredit ittifaqının – «Birlik Kredit İttifaqı» və «İşgüzar-Kredit İttifaqı»nın yaradılması ilə anonslanıb. Yeri gəlmişkən, təsisatlardan birinin adı bu şirkətin ölkə banklarından birinin əsasında yaradıla biləcəyini güman etməyə əsas verir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR