Bank Of Baku

Satışdan çıxarılan külli miqdarda yararsız ət “Heyvanat Parkı”na verilib

Satışdan çıxarılan külli miqdarda yararsız ət “Heyvanat Parkı”na verilib
# 08 dekabr 2010 13:05 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan paytaxtında qida üçün 2,5 ton yararsız ət satışdan çıxarılıb.

Azərbaycan İqtisadi İnkişaf Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, Nazirlik yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Tağızadə küçəsi, 45 ünvanında fəaliyyət göstərən Mirzə Rzaxanova məxsus obyektdə aparılan yoxlama zamanı 2 456 kq ətdə qaralma və qeyri-spesifik qoxunun olması səbəbindən nümunələr götürülərək laborator müayinəyə göndərilib.

Respublika Baytarlıq Laboratoriyasında aparılmış müayinə zamanı nümunələrin birində bakterioloji çirklənmə, eyni zamanda bütün nümunələrin qida üçün yararsız olması, ətin xəstə və ya öləndən sonra kəsilmiş heyvan əti olduğu və baytar-sanitariya cəhətdən qida üçün yararsız olduğu müəyyən edilib.

Bununla əlaqədar həmin ətin vəhşi heyvanların yemlənməsinə yönəldilməsi barədə qərar qəbul edilib və bu qərara uyğun olaraq insan qidası üçün yararsız olan 2 456 kq ət qanuna müvafiq qaydada “Heyvanat Parkı”na verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR