Bank Of Baku

Azərbaycanda əhaliyə satılan malların həcmi 15% artıb

Azərbaycanda əhaliyə satılan malların həcmi 15% artıb
# 09 dekabr 2010 08:39 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycanda əhaliyə 16,2 mlrd. manatlıq istehlak malları satılıb və pullu xidmət göstərilib ki, ötən ilin analoji dövrü ilə müqayisədə bu göstərici 14,9% artıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, ötən ilin ilk 11 ayı ilə müqayisədə pərakəndə əmtəə dövriyyəsi 8,5% artaraq 12 mlrd. manata, pullu xidmətlərin həcmi isə 10,4% artaraq 4,2 mlrd. manata çatıb. İstehlak bazarında satılmış malların 7,8 mlrd. manatını və ya 64,5%-ni ərzaq məhsulları, 4,2 mlrd. manatını qeyri-ərzaq malları təşkil edib və müvafiq olaraq 7,4% və 12,5% artıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR