Bank Of Baku

Bu il Azərbaycanda 123 məhsul üzrə istehsal və satış qadağan edilib

Bu il Azərbaycanda 123 məhsul üzrə istehsal və satış qadağan edilib
# 09 dekabr 2010 10:49 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən 123 adda məhsulun istehsalı və satışı qadağan edilib.

Komitədən «APA-Economics»ə verilən məlumata görə, cari ilin ilk 11 ayı ərzində 1 937 təsərrüfat subyektində monitorinq həyata keçirilib.

Dövlət nəzarəti tədbirləri nəticəsində ümumi dəyəri 231,6 min manat olan məhsulun normativ sənədlərin tələblərinə uyğun olmadığı müəyyən edilib. İdarə əməkdaşları tərəfindən 329 adda məhsul üzrə iradnamə, 123 ədəd məhsul üzrə istehsal və satışın qadağan olunması barədə tələbnamə verilib. Aşkar olunmuş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinin tələbinə əsasən təsərrüfat subyektlərinin rəhbərlərinə ümumilikdə 143 min manat cərimə kəsilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR