Bank Of Baku

Haqsız rəqabətə yol verən daha bir şirkətə maliyyə sanksiyası tətbiq edilib

Haqsız rəqabətə yol verən daha bir şirkətə maliyyə sanksiyası tətbiq edilib
# 09 dekabr 2010 13:49 (UTC +04:00)
Bakı - APA-Economics. İstehlakçıları çaşdırmaqla haqsız rəqabətə yol verən daha bir şirkət cəzalandırılıb.

İqtisadi İnkişaf Nazirliyindən “APA-Economics”ə verilən xəbərə görə, elektrik kabelləri və naqillərinin istehsalı ilə məşğul olan “Azərgöktel” MMC barəsində yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb.

Dövlət Xidmətində işə baxılıb və “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin tələblərini pozduğuna görə “Azərgöktel” MMC-yə 6 min manat maliyyə sanksiyası tətbiq edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR