Bank Of Baku

Saxlama müddəti ötmüş 650 kq ərzaq malları satışdan çıxarılıb

Saxlama müddəti ötmüş 650 kq ərzaq malları satışdan çıxarılıb
# 09 dekabr 2010 14:53 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən növbəti monitorinq keçirilib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, monitorinq zamanı Bakının Nəsimi rayonunda M.Qaşqay küçəsində yerləşən «Luxe» mağazasında, «Elvan market»də və Nail Qasımova məxsus mağazada, Ş.Bədəlbəyli küçəsi, ev 102 ünvanındakı «Neptun market»də, R.Axundov küçəsi, ev 25, mənzil 1 ünvanında yerləşən «Jalə market»də, Yasamal rayonunda M.Xiyabani küçəsindəki «Yaşıl market»də, Binəqədi rayonunda Azadlıq prospektində «AS market»də və Elçin Rəhimliyə məxsus mağazada, Z.Qəmbərov küçəsindəki «Dadaş market»də və «Orxan market»də, 9-cu mikrorayon, ev 119 ünvanında Elnur Vəliyevə məxsus mağazada, M.Ə.Rəsulzadə qəsəbəsi, Axundov küçəsi, 12A ünvanında yerləşən «Mahmud market»də, Ə.Məmmədov küçəsi, 11 ünvanında Cəmaləddin Abdurzayevə məxsus mağazada, Xətai rayonunda R.Bağırov küçəsi, 1 ünvanındakı «Musa market»də, Nizami rayonunda Şərifli küçəsi, 2512-ci məhəllədə yerləşən «Qlobus market»də, Keşlə qəsəbəsi, Kooperativ küçəsi, ev 19 ünvanında yerləşən «Elnur market»də, Keşlə qəsəbəsi, M.H.Kazımov küçəsində Zaur Əsgərova və İlqar Əsgərova məxsus mağazalarda və «Ruslan market»də, Keşlə qəsəbəsi, Sabir küçəsi, 26 ünvanında Namiq Şirvanova məxsus mağazada, Nərimanov rayonunda Təbriz küçəsi, ev 28, mənzil 9 ünavnında yerləşən «Nailə market»də, Suraxanı rayonunda Qaraçuxur qəsəbəsi, R.Əlicanov küçəsi, 17 ünvanındakı «Elvin super market»də, Gəncə şəhərində M.Xələfov küçəsi, 18 ünvanında Gəncə şəhər Kooperativ Cəmiyyətinə məxsus mağazada, Ü.Hacıbəyov küçəsində yerləşən «Nicat market»də, Vaqif küçəsi, 127 ünvanındakı «Rəşad market»də, Gəncəvi küçəsi, 45 ünvanında İlham Babakişiyevə məxsus mağazada, Ucar rayonunda H.Əliyev küçəsində Adil Kərimova məxsus mağazada, Qazax rayonunda M.Ə.Rəsulzadə küçəsində yerləşən «Günay market»də, Qəbələ rayonunda İ.B.Qutqaşınlı küçəsində yerləşən «Nihat» mağazasında, Göyçay rayonunda Atatürk küçəsində Ceyhun Əsgərova məxsus mağazada, Ağcabədi rayonunda H.Əliyev prospektində Zahir Sultanova məxsus mağazada ümumi çəkisi 650 kiloqrama yaxın olan saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan ərzaq malları, o cümlədən qənnadı məhsulları, süd və süd məhsulları, ət məhsulları, konservləşdirilmiş məhsullar, balıq və digər dəniz məhsulları, un məmulatları, yağlar, sərinləşdirici içkilər, meyvə şirələri, pivə və s. aşkar olunub, satışdan çıxarılaraq məhv edilib.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR