Bank Of Baku

Son 4 ildə ABŞ-da evlərin ümumi dəyəri 9 trln. dollar azalıb

Son 4 ildə ABŞ-da evlərin ümumi dəyəri 9 trln. dollar azalıb
# 09 dekabr 2010 15:10 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Bu ilin nəticələrinə əsasən ABŞ-da daşınmaz əmlakın ümumi dəyəri bir il əvvəlkinə nisbətən 1,7 trln. dollar az olacaq.

«APA-Economics»in xəbərinə görə, ən yüksək qiymətlərin qeydə alındığı 2006-cı ildən bəri 4 il ərzində ölkədəki evlərin və mənzillərin ümumi dəyəri 9 trln. dollar aşağı düşüb.

Bu il ABŞ-dakı əmlak ötən ilkindən sürətlə ucuzlaşıb - 2009-cu ildə ucuzlaşmanın həcmi 1 trln. dollar olub. Hesablamalara görə, ilin ikinci yarısında ucuzlaşmanın sürəti artıb. Belə ki, 1,7 trln. dollarlıq enmənin 700 mlrd. dolları ilin I yarısında, 1 trln. dollarlıq enmə isə II yarısında baş verib. Əmlakın ən çox ucuzlaşdığı şəhərlər Nyu-York (103,7 mlrd. dollar) və Los-Ancelesdir (38,6 mlrd. dollar).

Proqnozlara görə, bu vəziyyət gələn ilin əvvəlində də davam edəcək. Çünki kreditini qaytara bilmədiyinə görə evi əlindən alınanların sayı artmaqdadır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR