Bank Of Baku

Yeni il hədiyyələri ilə bağlı monitorinqlər aparılacaq

Yeni il hədiyyələri ilə bağlı monitorinqlər aparılacaq
# 13 dekabr 2010 12:10 (UTC +04:00)
Bakı - APA-Economics. Yeni il bayramı ilə əlaqədar ticarət obyektlərində içərisində müxtəlif ərzaq məhsulları olan bayram hədiyyələrinin satışı artır.

İqtisadi İnkişaf Nazirliyindən “APA-Economics”ə verilən xəbərə görə, saxlama müddəti ötmüş ərzaq mallarının insan orqanizmi üçün təhlükəli olmasını, kiçik yaşlı uşaqların Yeni il hədiyyələrindən daha çox istifadə etdiklərini nəzərə alaraq, nazirlik yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti bayram hədiyyələri ilə bağlı monitorinqlər keçirəcək.

Monitorinqlər zamanı qanun pozuntusuna yol verdiyi aşkar edilən təsərrüfat subyektləri barəsində qanunvericiliyə müvafiq tədbirlər görüləcək.

İstehlakçılardan içərisində müxtəlif ərzaq məhsulları olan bayram hədiyyələri alarkən diqqətli olmağı, rast gəldikləri qanun pozuntuları barədə Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə məlumat vermələri xahiş olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR