Bank Of Baku

Mobil telefonlarla reklam 10 dəfə artacaq

Mobil telefonlarla reklam 10 dəfə artacaq
# 13 dekabr 2010 12:21 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. 2015-ci ildə mobil telefonlar vasitəsilə reklam xərcləri 11 mlrd. dollara çatacaq.

APA-Economics”in xəbərinə görə, bu barədə “Juniper Research” şirkətinin araşdırmalarına istinadən “Business & Leadership” portalı məlumat yayıb.

Məlumata görə, bu il mobil reklam xərcləri 3,1 mlrd. dollar olub. Başqa sözlə, qarşıdakı 5 ildə bu rəqəmin 4 dəfəyədək artması gözlənilir.

Ekspertlərin fikrincə, mobil reklamın artmasının əsas səbəbi reklamçıların daha ünvanlı reklam üsullarına keçməsi olacaq. Nəticədə mobil reklam istehlakçının diqqətinin maksimum cəlb edilməsinə imkan verir.

Mobil reklam bazarının daha sürətli artımı ilə bağlı proqnozlar da var. “Informa Telecoms & Media” şirkətinin hesablamalarına görə, 2015-ci ildə mobil reklam bazarının həcmi indiki 2,3 mlrd. dollardan 24,1 mlrd. dollara çatacaq, yəni 10 dəfədək artacaq. Ən böyük artım isə Asiya bazarlarında baş verəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR