Bank Of Baku

Süd məhsullarının istehsalı və satışının qanunauyğunluğu yoxlanılır

Süd məhsullarının istehsalı və satışının qanunauyğunluğu yoxlanılır
# 13 dekabr 2010 14:10 (UTC +04:00)
Bakı - APA-Economics. İqtisadi İnkişaf Nazirliyi ticarət şəbəkəsində süd məhsullarının istehsalı və satışının qanunauyğunluğunu yoxlamağa başlayıb.

Nazirlikdən “APA-Economics”ə verilən xəbərə görə, İİN yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, 3123-cü məhəllədə “Kaspian Prodakşn Layn” MMC-yə məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı yağlılığı 15% və 25% olan xama, yağlılığı 18% olan kəsmiyin uyğunluq sertifikatı olmadan istehsal edildiyi, qatıq, dovğa, qazlaşdırılmamış ayran və yağlılığı 10% olan xamanın üzərində yararlılıq müddətinin normativ sənədlərlə müəyyən edilmiş müddətdən artıq göstərildiyi, həmçinin süd məhsullarının reseptura olmadan istehsal edildiyi müəyyən edilib.

Yoxlama zamanı həmçinin müəssisədə istehsal olunan dovğa, pəhriz kəsmiyi və yağlılığı 15% olan xamanın üzərində istehsal tarixinin düzgün göstərilmədiyi (faktiki istehsal tarixindən sonrakı gün göstərilmişdir), pəhriz kəsmiyinin qablaşdırılmasında istifadə olunan bükmə materiallarının uyğunluq və gigiyenik sertifikatının olmadığı aşkar edilib.

Qanun pozuntuları ilə əlaqədar müəssisənin anbarında satışı dayandırılmış 1,6 ton süd məhsullarından nümunələr götürülərək laborator müayinəyə göndərilib. Araşdırmalar davam etdirilir.

Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlakçılara süd məhsulları alarkən diqqətli olmağı tövsiyə edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR