Bank Of Baku

Saxlama müddəti ötmüş 280 kq ərzaq malları satışdan çıxarılaraq məhv edilib

Saxlama müddəti ötmüş 280 kq ərzaq malları satışdan çıxarılaraq məhv edilib
# 13 dekabr 2010 14:14 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən növbəti monitorinq keçirilib.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, monitorinq zamanı Bakının Binəqədi rayonunda S.Bəhlulzadə küçəsi, ev 27 ünvanında yerləşən “Ailə market”də və “Seymur market”də, Ə.Naxçıvani küçəsi, 6 ünvanında Cəfər Rəhimova məxsus mağazada, 9-cu mikrorayon, H.Babaşov küçəsi, ev 11 ünvanındakı “Yeni market”də, Nərimanov rayonunda H.Əliyev prospekti, ev 79/2 ünvanında yerləşən “24 saat market”də, A.Bakıxanov küçəsi, 759-cu məhəllədə Əzizağa Quliyevə məxsus mağazada, A.Neymətulla küçəsi, 20 ünvanındakı “Saf” ticarət mərkəzində, K.Rəhimov küçəsi, 3 ünvanında yerləşən “Yeni market”də, Nəsimi rayonunda M.Qaşqay küçəsi, 9 ünvanındakı “Murad market”də, Samux rayonunda Çobanabdallı kəndində Rafael Qarayevə məxsus mağazada, Dəmiryol ərazisində yerləşən “Sabir market”də, Xaçmaz rayonunda Z.Əliyeva küçəsində Malik Qasımova məxsus mağazada, Masallı şəhərində H.Əliyev prospektində Cavid Babayevə məxsus mağazada, Gəncə şəhərində Mahrasabağı küçəsi, 13 ünvanında yerləşən “Proqres” mağazasında, Nizami küçəsi, bina 2 ünvanındakı “Orbit market”də ümumi çəkisi 280 kiloqramdan artıq olan saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan ərzaq malları, o cümlədən qənnadı məhsulları, süd və süd məhsulları, ət məhsulları, konservləşdirilmiş məhsullar, un məmulatları, yağlar, sərinləşdirici içkilər, meyvə şirələri, pivə və s. aşkar olunmuş, satışdan çıxarılaraq məhv edilib.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR