Bank Of Baku

Mingəçevir sahibkarlarından investisiya layihələrinin qəbuluna başlanıb

Mingəçevir sahibkarlarından investisiya layihələrinin qəbuluna başlanıb
# 14 dekabr 2010 09:56 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Mingəçevir şəhərində prioritet hesab olunan sahələr üzrə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb.

İqtisadi İnkişaf Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, bu yaxınlarda SKMF Mingəçevirdə “Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi” mövzusunda tədbir keçirib. Tədbir çərçivəsində yerli icra hakimiyyəti orqanlarının nümayəndələri və sahibkarlarla mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi məqsədilə müzakirələr aparılıb.

SKMF tərəfindən Mingəçevir şəhəri üzrə sahibkarlıq subyektlərindən “Müasir tələblərə cavab verən ətlik istiqamətli broyler təsərrüfatının və istixana şəraitində faraş tərəvəz istehsalı sahəsinin yaradılması”, həmçinin “Müasir tələblərə cavab verən tikiş və toxuculuq üzrə istehsal sahələrinin yaradılması və ya yeni texnologiyanın tətbiqi ilə yenidən qurulması” istiqamətində investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib.

SKMF-in vəsaitlərinin istifadəsi qaydalarına uyğun olaraq, bu gündən etibarən sahibkarlıq subyektləri müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR