Siyəzəndə “Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi” mövzusunda tədbir keçirilib
İİN-dən “APA-Economics”ə verilən xəbərə görə, Siyəzən və ətraf rayonlarda fəaliyyət göstərən 200-dək sahibkarın iştirak etdiyi tədbirin keçirilməsində məqsəd sahibkarlığın inkişafına dövlət dəstəyi, onların investisiya layihələrinin güzəştli şərtlərlə kreditləşdirilməsi və sahibkarların maarifləndirilməsidir.
Tədbir iştirakçıları əvvəlcə SKMF-dan güzəştli kredit almış Siyəzən rayonundakı “Siyəzən Aqro” ASC-nin istixana kompleksinin və “Siyəzən Şərab” ASC-nin fəaliyyəti ilə tanış olublar. Sonra Siyəzən rayonunda “Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi” tədbiri öz işinə başlayıb.
Tədbiri giriş sözü ilə açan Siyəzən rayon İcra Hakimiyyətinin başçısı Əflatun Rufiyev bildirib ki, ölkə rəhbərliyi tərəfindən regionların inkişafına böyük diqqət və qayğı göstərilir, bu istiqamətdə həyata keçirilən dövlət proqramlarının uğurlu icrası nəticəsində regionlarda davamlı inkişaf təmin edilir, sosial infrastruktur yenidən qurulur, sahibkarlıq fəaliyyəti daha da genişlənir. Qeyd olunub ki, ölkəmizin digər şəhər və rayonlarında olduğu kimi, Siyəzəndə də yeni istehsal və xidmət müəssisələri, sosial infrastruktur obyektləri yaradılıb, yeni iş yerləri açılıb. Hazırda bu sahədə işlər davam etdirilir.
SKMF-in icraçı direktoru Şirzad Abdullayev Fondun fəaliyyəti və güzəştli kreditlər hesabına bölgələrdə həyata keçirilən layihələr barədə məlumat verərək bildirib ki, Fond 2010-cu ilin ötən dövründə 1345 sahibkara 102,4 mln. manat güzəştli kredit verib. Bu kreditlər hesabına 5070 yeni iş yerinin yaradılması nəzərdə tutulur. Verilmiş kreditlərin 99,8%-i respublikanın regionlarının payına düşür. Hazırda Sahibkarlığa Kömək Milli Fondunun iqtisadiyyatın müxtəlif sahələri üzrə investisiya layihələrinin maliyyələşdirilməsini davam etdirdiyini qeyd edən Şirzad Abdullayev sahibkarları SKMF ilə fəal əməkdaşlığa dəvət edib.
İİN-in Regionların inkişafı və dövlət proqramları şöbəsinin baş məsləhətçisi İdris Alışov çıxışında Azərbaycan prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi siyasətin prioritetlərindən birinə çevrilmiş regionların sosial-iqtisadi inkişafının sürətlə davam etdirildiyini vurğulayıb.
İİN-in Bakı Biznes Tədris Mərkəzinin şöbə müdiri Vidadi Baxışov sahibkarların maarifləndirilməsinin əhəmiyyətini qeyd edərək bu istiqamətdə Mərkəzin fəaliyyəti barədə məlumat verərək bildirib ki, 2010-cu il ərzində Mərkəz tərəfindən respublikanın müxtəlif rayonlarında keçirilmiş 100-dən çox təlim kursunda 5 mindən çox sahibkar iştirak etmişdir.
Tədbirdə sahibkarlar üçün “Güzəştli kreditlərin verilməsi mexanizmi, investisiya layihələrinin hazırlanması və təqdim olunması” mövzusunda treninq keçirilmiş, sahibkarlara metodiki materiallar paylanıb.
Tədbir çərçivəsində həmçinin müvəkkil kredit təşkilatları vasitəsilə Siyəzən və ətraf rayonlarda fəaliyyət göstərən 23 sahibkarlıq subyektinə 235 min manat güzəştli kredit verilib. Bu kreditlər hesabına 40-dan çox yeni iş yerinin yaradılması nəzərdə tutulur.
Sahibkarlıq
Dövlət şirkətlərinin bazardakı rəqabət prisnsiplərinə uyğunluğu qiymətləndiriləcək
Azərbaycanda “rəqabət xəritəsi” hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək
Obyekt almaq istəyənlər üçün Bakıda yeni seçimlər – hansı ərazilərdə?
Təbii inhisarlarla bağlı şikayətlər üzrə istehlakçılara qaytarılan vəsaitin həcmi açıqlanıb
Xəbər Lenti
Ağ Ev Rusiyanın ABŞ-da keçiriləcək G20 toplantısına dəvət olunduğunu təsdiqləyib
KİV: İsrail Dəməşq yaxınlığındakı yaşayış məntəqəsini artilleriya atəşinə tutub
Hakan Fidan Səudiyyə Ərəbistanının XİN rəhbəri ilə bölgədəki vəziyyəti müzakirə edib
Putin: Avropa qoşunlarının Ukraynaya yerləşdirilməsi Rusiya ilə müharibə deməkdir
Səudiyyə Ərəbistanında hücumlardan sonra "Şərq-Qərb" neft kəmərinin işi dayandırılıb
"Beşiktaş" öz meydanında "Erzurumspor"u darmadağın edib
Rusiya gün ərzində 67 Ukrayna PUA-sını vurduğunu açıqlayıb
Husilər Səudiyyə Ərəbistanının hücumları nəticəsində 44 dinc sakinin öldüyünü açıqlayıb
ABŞ Nümayəndələr Palatasında Rusiyaya qarşı yeni sanksiyalar layihəsi səsverməyə çıxarılacaq
Britaniya kəşfiyyatı: Ukrayna müharibəsində 500 minə yaxın Rusiya hərbçisi ölüb
“Fənərbaxça” İsmail Kartalın komandanın baş məşqçisi postunda qaldığını açıqlayıb
Avropa Komissiyası Ukraynaya “Patriot” raketləri və PUA-lar üçün 6,1 milyard avro ayırıb
Rusiyada yol qəzası nəticəsində 12 nəfər ölüb
Misir Prezidenti Yaxın Şərqdə vəziyyətin sabitləşəcəyinə ümid edir
Yəmən ordusu Moha yaxınlığında husilərin mövqelərinə kütləvi hava zərbələri endirir
İsrail Qəzzada HAMAS-ın iki komandirini öldürdüyünü açıqlayıb
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü başa çatıb
Şuşada Meksikanın Müstəqillik Günü qeyd olunub - FOTO - VİDEO
Rusiyanın Dneprə hücumu nəticəsində 12 nəfər yaralanıb
Husilər Səudiyyə Ərəbistanının 9 hərbi təyyarəsini vurduqlarını iddia edirlər
“Sea Breeze 2026”nın ilk oyununda qalib bəlli olub
“Sea Breeze 2026”: Təmsilçimiz turnirə qələbə ilə başladı - YENİLƏNİB
Gürcüstanda vətənə xəyanətdə ittiham olunan müxalifət lideri saxlanılıb
“Neftçi” “İmişli”ni məğlub edib
Səfirlik: ABŞ-ın qlobal terrorizmə qarşı birgə mübarizəsinə verdiyi töhfələrə görə Azərbaycana minnətdarıq
Diplomatik korpusun nümayəndələri Şuşa şəhərində yaşayış komplekslərini ziyarət ediblər - FOTO
Husilər Yəməndə Qırmızı dənizin sahillərini tam nəzarətə götürüblər
Omanda Körfəz ölkələrinin iştirakı ilə regional toplantı keçiriləcək
Xarici diplomatlar Şuşa qala divarlarını ziyarət ediblər - FOTO
Dövlət şirkətlərinin bazardakı rəqabət prisnsiplərinə uyğunluğu qiymətləndiriləcək
Qırmızı qəsəbədə Roş ha-Şana bayramı qeyd olunur - FOTO
İsmail Kartalın istefası qəbul edilib
Xarici diplomatlar Şuşada Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin güllələnmiş büstlərini ziyarət ediblər - FOTO
FHN-in qurumları arasında səmti müəyyənetmə üzrə çempionata yekun vurulub
Azərbaycanda “rəqabət xəritəsi” hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək
Xarici diplomatlar Şuşada “Sadıqcanın evi”ni ziyarət ediblər - FOTO
MM komitə sədri: Çox zaman müəllimlər qız uşaqlarına deyir ki, nə üçün oxuyursan, tez ərə getməlisən
Xankəndidə regional məşğulluq ekosisteminin qurulması məsələləri müzakirə olunub
BMTMM-nin sədrinə 3 müavin təyin edilib - EKSKLÜZİV
M9 nömrəli ekspres marşrutu fəaliyyətə başlayır
Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair Milli Fəaliyyət Planı təsdiq edilib
Fərid Şəfiyev Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin sədri təyin edilib
TPAO: “Şahdəniz” Türkiyə və Avropanın qaz təhlükəsizliyinə mühüm töhfə verir
Diplomatik korpusun nümayəndələri Yuxarı Gövhər Ağa məscidini ziyarət ediblər - FOTO
Xarici diplomatlar Cıdır düzündə olub - VİDEO
Leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ
Əhalinin yanacaq xərcləri bu il 4%-dən çox artıb
2026-2027-ci il tədris ili üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib
Baş prokuror Kamran Əliyev Qazaxıstana səfər edib