Bank Of Baku

Ərzaq buğdası və unun keyfiyyətinə dövlət nəzarəti davam etdirilir

Ərzaq buğdası və unun keyfiyyətinə dövlət nəzarəti davam etdirilir
# 15 dekabr 2010 17:47 (UTC +04:00)
Bakı-APA. İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti taxıl məhsullarının keyfiyyət və təhlükəsizliyinə dövlət nəzarəti məqsədilə ərzaq buğdası idxalı və un istehsalı ilə məşğul olan iri taxılçılıq subyektlərinin anbarlarında olan buğda və undan nümunələr götürülərək laborator müayinədən keçirilib. Bu barədə APA-ya İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Laborator müayinələr nəticəsində bu təsərrüfat subyektlərinin anbarlarında olan ərzaq buğdası və un ehtiyatlarının keyfiyyət və təhlükəsizlik göstəricilərinin normativ-texniki sənədlərin tələblərinə uyğun olduğu müəyyən edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR