Bank Of Baku

Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 85% artıb

Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 85% artıb
# 16 dekabr 2010 07:38 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan 143 ölkə ilə 22 502,5 mln. ABŞ dolları həcmində ticarət əməliyyatı aparıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə Azərbaycandan ixrac olunan malların həcmi 17 365,7 mln. dollar, Azərbaycana idxal olunan malların həcmi isə 5 136,8 mln. dollar təşkil edib. İxracın idxalı 3,4 dəfə üstələməsi nəticəsində 12 228,9 mln. dollarlıq müsbət xarici ticarət saldosu yaranıb.

Ötən ilin yanvar-oktyabr ayları ilə müqayisədə xarici ticarət dövriyyəsinin həcmi 36,2%, o cümlədən ixrac 50,2%, idxal 3,6%, müsbət saldo isə 85,2% artıb.

Hesabat dövründə idxal-ixrac əməliyyatlarının 24,8%-i İtaliya, 7,9%-i Fransa, 6,7%-i İsrail, 6,7%-i ABŞ, 6,5%-i Rusiya, 4,9%-i Ukrayna, 3,5%-i İndoneziya, 3,3%-i Türkiyə, 3%-i Xorvatiya, 3%-i Çin, 2,7%-i Malayziya, 2%-i Almaniya, hər birində 1,6% olmaqla Gürcüstan, Sinqapur və Cənubi Koreya, 20,2%-i isə digər ölkələrlə aparılıb.

Mal mübadiləsinin 91,7%-i, o cümlədən ixracın 95,5%-i və idxalın 78,8%-i sərbəst dönərli valyuta ilə hesablaşmalar əməliyyat növü ilə həyata keçirilib və bu hesablaşmaların həcmi keçən ilin yanvar-oktyabr ayları ilə müqayisədə 40,6% artıb.

Qeyd edək ki, 2010-cu ilin yanvar-oktyabr aylarında Azərbaycana 25,9 mln. dollar həcmində və ya 2009-cu ilin müvafiq dövründə olduğundan 2,1% çox humanitar və texniki yardım şəklində müxtəlif növ mallar gətirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR