Bank Of Baku

Saxlama müddəti ötmüş 540 kq ərzaq malları satışdan çıxarılaraq məhv edilib

Saxlama müddəti ötmüş 540 kq ərzaq malları satışdan çıxarılaraq məhv edilib
# 16 dekabr 2010 13:53 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən növbəti monitorinq keçirilib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, monitorinq zamanı Bakının Suraxanı rayonunun Əmircan qəsəbəsində Bazar küçəsi, 1 ünvanında yerləşən «Emin market»də, M.Mustafayev küçəsindəki «Ümid market»də, 4-cü mədən, ev 536 ünvanındakı «Güllücə market»də, A.Rzayev küçəsində yerləşən «Üç qardaş market»də, «Cəmil market»də və «Fəza market»də, Neftçilər küçəsindəki «Nanə market»də, Bülbülə qəsəbəsində Bakı-Aeroport yolunda yerləşən «Fidan market»də, S.Əliyev küçəsində Elçin Ələkbərova məxsus mağazada, 1-ci mədən ünvanında Çingiz Tağıyevə məxsus mağazada və «Şınıx market»də, Sabunçu rayonunda Aydınbəyov küçəsi, ev 15 ünvanında Arzu Əsgərovaya məxsus mağazada, Ramana qəsəbəsi, Yeni Ramana 2/2 ünvanında yerləşən «Ramana market»də, Şabran rayonunda H.Əliyev küçəsində Ruslan Xamedova məxsus mağazada, Ağcabədi rayonunda S.Vurğun küçəsində Azər Talıbova məxsus mağazada, Kürdəmir rayonunda S.Şıxəliyev küçəsində Natiq Məmmədəliyevə məxsus mağazada, Bərdə rayonunda Ü.Hacıbəyov küçəsində Eldar Bəylərova məxsus mağazada, Tovuz rayonunda Düz Qırıxlı kəndində yerləşən «Şahin market»də, Mingəçevir şəhərində M.Maqomayev küçəsi, 50 ünvanındakı «Siti market»də, ümumi çəkisi 540 kq yaxın olan saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan ərzaq malları, o cümlədən qənnadı məhsulları, süd və süd məhsulları, ət məhsulları, konservləşdirilmiş məhsullar, uşaq yeməkləri, un məmulatları, yağlar, sərinləşdirici içkilər, meyvə şirələri, pivə və s. aşkar olunub, satışdan çıxarılaraq məhv edilib.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR