Bank Of Baku

Azərbaycan MDB ölkələrinə ixracı 89% artırıb

Azərbaycan MDB ölkələrinə ixracı 89% artırıb
# 17 dekabr 2010 06:48 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin ilk on ayı ərzində Azərbaycanın MDB ölkələri ilə ticarət dövriyyəsinin ümumi həcmi 3,207 mlrd. ABŞ dolları təşkil edib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə Azərbaycandan MDB ölkələrinə ixrac olunan malların dəyəri 1 608,6 mln. dollar, Azərbaycana idxal olunan malların dəyəri isə 1 598,4 mln. dollar olub. Nəticədə 10,2 mln. dollarlıq müsbət saldo yaranıb.

Ötən ilin yanvar-oktyabr aylarına nisbətən MDB ölkələri ilə Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi 36,9%, o cümlədən ixrac 89,4%, idxal isə 7% artıb.

Qeyd edək ki, ötən ilin yanvar-okytabr ayları ərzində MDB ölkələri ilə Azərbaycan arasındakı ticarət dövriyyəsində 644,4 mln. dollarlıq mənfi saldo qeydə alınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR