Bank Of Baku

Bakıda pendir istehsal edən müəssisədə standartın tələblərinin pozulması faktı aşkarlanıb

Bakıda pendir istehsal edən müəssisədə standartın tələblərinin pozulması faktı aşkarlanıb
# 17 dekabr 2010 09:27 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan paytaxtında fəaliyyət göstərən müəssisədə pendir istehsalı zamanı standartın tələblərinin pozulması faktı aşkarlanıb.

Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, Komitənin 1 saylı Ərazi Dövlət Nəzarəti İdarəsinin əməkdaşları Bakı şəhəri, Nərimanov rayonu, Böyük Şor qəsəbəsində fiziki şəxs statusu ilə sahibkarlıq fəaliyyəti göstərən O.Quliyevə məxsus sexdə duzlu suda yetişdirilmiş pendir istehsalı zamanı standartların tələblərinə, metroloji qayda və normalara riayət olunmasını araşdırıb.

Araşdırma zamanı müəyyən edilib ki, məhsul təsdiq olunmuş reseptura və texnoloji təlimat olmadan istehsal olunur. Müəssisədə texnoloji prosesin pozulması faktı aşkar edilib. Belə ki, pendirin yetişmə müddətinə (60 gün) riayət olunmur və məhsul müəyyən edilmiş qaydalara uyğun yetişdirilmir. Yoxlama zamanı istifadə olunan xammalların uyğunluq sertifikatlarının olmadığı, məhsulun qablaşdırılmasında istifadəsinə icazə verilməyən təkrar qablardan istifadə olunduğu, anbarda hazır məhsulun sanitariya norma və qaydalarına riayət olunmadan saxlanıldığı, markalanmanın normativ sənədin tələblərinə uyğun aparılmadığı müəyyən edilib.

Nöqsanların aradan qaldırılması üçün müəssisənin rəhbərinə inzibati qaydada protokol tərtib edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR