Bank Of Baku

Sahibkarlığa Kömək Milli Fondu Siyəzən sahibkarlarından investisiya layihələrinin qəbuluna başlayıb

Sahibkarlığa Kömək Milli Fondu Siyəzən sahibkarlarından investisiya layihələrinin qəbuluna başlayıb
# 17 dekabr 2010 09:48 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Siyəzən rayonunda prioritet hesab olunan sahələr üzrə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb.

SKMF-dan «APA-Economics»ə verilən məlumata görə, Fond tərəfindən Siyəzən rayonu üzrə sahibkarlıq subyektlərindən intensiv bağçılığın və tərəvəzçiliyin (o cümlədən istixana şəraitində faraş tərəvəz istehsalı) inkişafı, quşçuluq təsərrüfatlarında müasir tələblərə cavab verən emal (o cümlədən tullantılardan bioqaz alınması) sahələrinin yaradılması istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib.

Bu gündən etibarən sahibkarlıq subyektləri müvəkkil kredit təşkilatları vasitəsilə SKMF-a müraciət edə bilər.

Əlaqə telefonu: (+994 12) 432-39-69.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR