Bank Of Baku

Qobustanda «Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi» mövzusunda tədbir keçirilib

Qobustanda «Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi» mövzusunda tədbir keçirilib
# 17 dekabr 2010 12:04 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu gün Qobustanda Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) «Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi» mövzusunda tədbir keçirilib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, tədbirdə Qobustan və ətraf rayonlarda fəaliyyət göstərən 250-ə yaxın sahibkar iştirak edib.

Tədbirdə çıxış edən İqtisadi İnkişaf Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin şöbə müdiri Qorxmaz Əfəndiyev sahibkarlığın inkişafına dövlət dəstəyinin əsas komponentlərindən birinin sahibkarların və sahibkarlıq fəaliyyətinə yeni başlamaq istəyənlərin maarifləndirilməsi olduğunu vurğulayıb, bu istiqamətdə Mərkəzin gördüyü işlər barədə məlumat verib: «Bakı Biznes Tədris Mərkəzi sahibkarların maarifləndirilməsi, onlara informasiya və məsləhət xidmətlərinin göstərilməsi, regionlarda işgüzar fəallığın artırılması məqsədilə 2010-cu il ərzində ölkənin müxtəlif rayonlarında 100-dən çox təlim kursu keçirib ki, bu tədbirlərdə 5 mindən çox sahibkar iştirak edib».

Öz növbəsində SKMF-ın icraçı direktoru Şirzad Abdullayev Fondun fəaliyyəti və güzəştli kreditlər hesabına bölgələrdə həyata keçirilən layihələr barədə məlumat verərək bildirib ki, SKMF 2010-cu ilin ötən dövründə 1 397 sahibkara 107,8 mln. manat güzəştli kredit verib. Bu kreditlər hesabına 5 400-ə yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulur. Verilmiş kreditlərin 99,8%-i regionlarının payına düşür ki, bu da bölgələrdə sahibkarlıq fəaliyyətinin dada da inkişafına geniş imkan yaradır. Ş.Abdullayev hazırda Fondun iqtisadiyyatın müxtəlif sahələri üzrə investisiya layihələrinin maliyyələşdirilməsini davam etdirdiyini bildirib, sahibkarları Fondla fəal əməkdaşlığa dəvət edib.

Tədbirdə sahibkarlar üçün «Güzəştli kreditlərin verilməsi mexanizmi, investisiya layihələrinin hazırlanması və təqdim olunması» mövzusunda treninq keçirilib, sahibkarlara metodiki materiallar paylanıb.

Tədbir çərçivəsində həmçinin müvəkkil kredit təşkilatları vasitəsilə Qobustan və ətraf rayonlarda fəaliyyət göstərən 28 sahibkarlıq subyektinə 314 min manat güzəştli kredit verilib. Bu kreditlər hesabına 50-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR