Bank Of Baku

ASK-nın prezidenti Litva İqtisadiyyat Nazirliyi və Vilnüs Universitetinin nümayəndələrini qəbul edib

ASK-nın prezidenti Litva İqtisadiyyat Nazirliyi və Vilnüs Universitetinin nümayəndələrini qəbul edib
# 20 dekabr 2010 10:25 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanda mövcud qanunvericiliyin Avropa İttifaqı analoqlarına yaxınlaşdırılması prosesində qanunvericiliyin təsirinin qiymətləndirilməsi mexanizminin təkmilləşdirilməsi və sahibkarlıq fəaliyyətində dövlət nəzarəti məsələlərinin müzakirəsi üçün Litva İqtisadiyyat Nazirliyi İqtisadi və Avropa İttifaqı Siyasəti Departamentinin direktoru Martinas Barisas və Vilnüs Universiteti beynəlxalq münasibətlər və siyasi elmlər fakültəsinin direktoru Ramunas Vilpişanska Azərbaycanda səfərdə olub.

Azərbaycan Sahibkarlar Konfederasiyasından (ASK) «APA-Economics»ə verilən məlumata görə, səfər çərçivəsində litvalı ekspertlərlər ASK-nın prezidenti Məmməd Musayevlə görüşüb. M.Musayev ASK-nın yaranması və fəaliyyəti barədə ətraflı məlumat verərək, Azərbaycanın Avropaya inteqrasiya olunması istiqamətində qanunvericiliyin təkmilləşdirilməsinin vacibliyini qeyd edib. Baltikyanı ölkələrin Avropa İttifaqına daxil olmasından sonra, Avropa standartlarına uyğun qanunvericilikdəki müvafiq təkmilləşdirmələrdən bəhrələnməsini qeyd edən ASK prezidenti, Litvanın bu sahədəki təcrübəsindən istifadə olunmasının zəruriliyini vurğulayıb.

Qanunvericilik sistemində sahibkarların təkliflərinin ümumiləşdirilməsi və vaxtaşırı olaraq qanunvericiliyin təkmilləşdirilməsində öz əksini tapması üzrə səylərdən danışan M.Musayev, bu sahədəki boşluqların doldurulması və təkmilləşdirilməsi üzrə aparılan işləri diqqətə çatdırıb.

Görüşdə sahibkarların rəylərinin öyrənilməsi üçün, qanunvericilik qəbul olunmazdan əvvəl onun sahibkarların müzakirəsinə verilməsi məsələsinin də zəruri olduğunu bildirilib.

Öz növbəsində xarici ekspertlər görüşün faydalı olduğunu və belə görüşlərin vaxtaşırı keçirilməsinin zəruriliyini vurğulayıb.

Eyni zamanda, «Azərbaycan Milli Məclisinə dəstək» adlı «Twinning» layihəsinin ekspertləri ASK-nın da mütəmadi olaraq qanunvericilikdəki təkmilləşdirmə təklifləri ilə məlumatlandırmağını önəmli saydıqlarını bildirib. Bütün bunlar qanunvericilik sənədlərinin hazırlanmasında sahibkarların iştirakına, onların rəy və təkliflərin irəlicədən nəzərə almasına imkan verəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR