Bank Of Baku

ASK sahibkarlara «Layihələrin idarə olunması» mövzusunda təlim keçirilib

ASK sahibkarlara «Layihələrin idarə olunması» mövzusunda təlim keçirilib
# 20 dekabr 2010 10:39 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycanda Özəl Sektorun İnkişafı Proqramı çərçivəsində həyata keçirilən «Menecment treninq Layihəsi»nə uyğun olaraq Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK) «Layihələrin idarə olunması» mövzusunda üç günlük seminar keçirib. ASK-dan «APA-Economics»ə verilən məlumata görə, seminarda 173 mütəxəssis və rəhbər işçi iştirak edərək müvafiq sertifikat alıblar.

Xatırladaq ki, 2010-cu ilin iyul ayından 2011-ci ilin iyun ayınadək davam edəcək «Menecment treninq Layihəsi» Almaniya İqtisadi İnkişaf və Əməkdaşlıq Nazirliyi, GTZ Təşkilatı və Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin tapşırığı, nazirliyin Bakı Biznes Tədris Mərkəzi və ASK-nin dəstəyi ilə həyata keçirilir.

Layihənin birinci mərhələsində (noyabrın 1-3-də) «Layihələrin idarə olunması» mövzusunda «Trenerlərin treninqi» təlim proqramı həyata keçirilib. Gələn ilin may-iyun aylarında layihənin II hissəsi olan «Bacarıqların inkişaf etdirilməsi» mövzusu üzrə müvafiq seminarların təşkili nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR