Bank Of Baku

Fevralda Karaçidə «Expo Pakistan 2011» yarmarkası keçiriləcək

Fevralda Karaçidə «Expo Pakistan 2011» yarmarkası keçiriləcək
# 20 dekabr 2010 11:25 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Gələn ilin fevral ayının 25-27-də Pakistanın Ticarətin İnkişafı Orqanı tərəfindən Karaçidə növbəti «Expo Pakistan 2011» yarmarkası keçiriləcək.

Azərbaycan Sahibkarlar Konfederasiyasından (ASK) «APA-Economics»ə verilən məlumata görə, tədbirin əsas istiqaməti digər ölkələrlə kommersiya əlaqələrinin inkişaf etdirilməsi və Pakistanın ticarət potensialını əks etdirməkdir.

«Expo Pakistan 2011» yarmarkasının məqsədi Pakistanda beynəlxalq standartlara uyğun istehsal olunan bütün ixracat məhsullarını iştirakçılara təqdim etməkdir. Tədbir iştirakçılara Pakistan mədəniyyətini nümayiş etdirəcək, onun zəngin tarixi barədə ətraflı məlumatlar verəcək.

Yarmarkaya ASK-nın üzvlərindən getmək istəyənlərə güzəştli şərtlər təklif olunacaq.

Qeyd edək ki, «Expo Pakistan 2010»da 50 ölkədən 5 707 xarici alıcı və 9 minə yaxın iş adamı iştirak edib. Bundan başqa, 22 ölkədən 17 Beynəlxaq Palata və 10 beynəlxalq Assosiasiya və Pakistan Missiyasının rəhbərliyi ilə 31 ölkədən nümayəndə heyəti bu tədbirə qatılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR