Bank Of Baku

Bakıda mənşəyi məlum olmayan dəniz məhsulları aşkar olunub

Bakıda mənşəyi məlum olmayan dəniz məhsulları aşkar olunub
# 20 dekabr 2010 12:52 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (SMPDK) Bakı şəhərinin pivə barlarında yoxlamalara başlayıb. Komitədən «APA-Economics»ə verilən məlumata görə, bu, paytaxtın bir sıra pivə barlarında mənşəyi məlum olmayan, brakonyerlik yolu ilə əldə olunmuş, orqanizm üçün təhlükəli olan krevetlərin satışı ilə bağlı SMPDK-yə şikayət məktubunun daxil olması ilə bağlıdır. Müraciətin araşdırılması məqsədilə Komitənin 1 saylı Ərazi Dövlət Nəzarəti İdarəsinin əməkdaşları Daxili İşlər Nazirliyi Su Nəqliyyatında Polis İdarəsinin nümayəndəsinin iştirakı ilə Bakıda fəaliyyət göstərən pivə barlarında dəniz məhsullarının saxlanılması və satılması zamanı normalara riayət olunması ilə bağlı monitorinq keçiriblər. Araşdırma zamanı müəyyən olunub ki, paytaxtda fəaliyyət göstərən bir neçə pivə barında mənşəyi məlum olmayan, təhlükəsizliyi təmin olunmayan dəniz məhsulları – bişmiş krevetka, hisə verilmiş şamayka, alabalıq və s. satılır. Bu, Adil Bəbirov («Beer», Yasamal rayonu), şəxs Elvin İsayev («Beer», Nəsimi rayonu), Zaur Barabaşov («Saloon», Binəqədi rayonu), İlkin Baxışəliyev («Flaminqo», Nəsimi rayonu), Bəhruz Əsgərova («Millerbraun», Nəsimi rayonu) məxsus pivə barlarıdır. Aşkar olunan qanun pozuntuları ilə bağlı akt tərtib olunub, məhsul satışı qadağan edilib. Monitorinqlər davam etdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR