Bank Of Baku

ABŞ-da İnternet reklamı qəzet-jurnal reklamını üstələyib

ABŞ-da İnternet reklamı qəzet-jurnal reklamını üstələyib
# 21 dekabr 2010 10:22 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. ABŞ-da ilk dəfə olaraq internet reklamı həcminə görə ənənəvi mətbuatı - qəzet və jurnalları geridə qoyub.

«APA-Economics»in məlumatına görə, internetdən istifadə edən müştərilərin sayı sürətlə artdığına görə reklamçılar qəzet-jurnallardansa, on-layn reklama üstünlük verirlər.

2010-cu ilin nəticələrinə görə, ABŞ-da onlayn reklam bazarının həcmi 13,9% artaraq 25,8 mlrd. dollara çatıb. Çap mətbuatında isə əksinə, bu dövrdə reklamlar 6% azalaraq 22,8 mlrd. dollara düşüb. Bu barədə eMarketer araşdırma şirkətinə istinadən “The Wall Street Journal” məlumat yayıb.

eMarketer-in analitikləri bu prosesin gələn il də davam edəcəyini gözləyirlər. Onların hesablamalarına görə, 2011-ci ildə internet reklamın həcmi 2010-cu ilə nisbətən daha 10,5% artaraq 28,5 mlrd. dollar, qəzet-jurnallardakı reklamlar isə əksinə, 6% azalaraq 21,4 mlrd. dollara düşəcək. eMarketer şirkətinin icraçı direktoru Cef Remsi bildirib ki, şirkətlərin internet reklama marağının artması, getdikcə daha çox insanın internetdə vaxt keçirməsi ilə bağlıdır. Bundan başqa, mütəxəssislərin fikrincə, onlayn reklam məlumatın müştərilərə çatdırılması üçün ən effektli yoldur. Üstəlik, belə reklamın göstəricilərini (ona neçə dəfə baxılmasını, neçə nəfərin görməsini) izləmək, ölçmək, maliyyə göstəriciləri ilə tutuşdurmaq mümkündür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR