Bank Of Baku

Mənşəyi bəlli olmayan 298 ədəd Yeni il hədiyyəsi satışdan çıxarılaraq məhv edilib

Mənşəyi bəlli olmayan 298 ədəd Yeni il hədiyyəsi satışdan çıxarılaraq məhv edilib
# 21 dekabr 2010 10:35 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti Yeni il hədiyyələri ilə bağlı monitorinqləri davam etdirir.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, monitorinqlər zamanı Bakının Nəsimi rayonunda Moskva prospekti, ev 58 ünvanında Rəfilə Aslanovaya məxsus mağazada, A.Məhərrəmov küçəsi, ev 45 ünvanında yerləşən «Şokaladnıy mir» mağazasında, Yasamal rayonunda Ş.Mehdiyev küçəsi, 1054 ünvanında yerləşən «Lider AS market»də, Xətai rayonunda A.Ələsgər küçəsi, 2946-cı məhəllədə yerləşən «Hobby market»də, Nizami rayonunda Q.Qarayev prospekti, ev 7A ünvanında yerləşən «Ruslan-93 market»də, Sabunçu rayonunda Bakıxanov qəsəbəsi, M.Fətəliyev prospekti, ev 53 ünvanında yerləşən «Qloriya» ticarət mərkəzində ümumi çəkisi 87 kiloqrama yaxın olan 298 ədəd mənşəyi bəlli olmayan Yeni il hədiyyəsi aşkar olunub, satışdan çıxarılaraq məhv edilib.

Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlakçılara yeni il hədiyyəsi alarkən diqqətli olmağı, hədiyyə qutularının üzərində istehsalçının adı, ünvanı, hədiyyənin tərkibi, istehsal tarixi, saxlama müddəti və digər məlumatların olmasına diqqət yetirməyi tövsiyə edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR