Bank Of Baku

Bu il Azərbaycanda 1,4 min sahibkara 113 mln. manat güzəştli kredit verilib

Bu il Azərbaycanda 1,4 min sahibkara 113 mln. manat güzəştli kredit verilib
# 21 dekabr 2010 14:38 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu il ərzində Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) tərəfindən 1 399 sahibkarlara 113,2 mln. manat həcmində güzəştli kreditlər verilib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, kreditlər hesabına maliyyələşdirilən layihələrin reallaşması nəticəsində 5 500-ə yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulur. Verilmiş kreditlərin 99,8%-i regionlarının payına düşür ki, bu da bölgələrdə sahibkarlıq fəaliyyətinin inkişafına geniş imkanlar yaradır.

Xatırladaq ki, SKMF vəsaiti bank-agentlərə kreditləri illik 1%, banklar isə sahibkarlara 7%-dən çox olmamaq şərti ilə ayırır. Sahibkarlara güzəştli kreditlərin verilməsi müvəkkil kredit təşkilatı kimi seçilmiş 29 kommersiya bankı, 1 bank olmayan kredit təşkilatı və 4 kredit ittifaqı vasitəsilə həyata keçirilir. Kreditin minimal məbləği 1 000 manat, maksimal məbləği isə 3 mln. manat təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR