Bank Of Baku

Sahibkarlığa Kömək Milli Fondu Xızı sahibkarlarından investisiya layihələrinin qəbuluna başlayıb

Sahibkarlığa Kömək Milli Fondu Xızı sahibkarlarından investisiya layihələrinin qəbuluna başlayıb
# 23 dekabr 2010 08:34 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Xızı rayonunda prioritet hesab olunan sahələr üzrə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb.

SKMF-dan «APA-Economics»ə verilən məlumata görə, Fond tərəfindən Xızı rayonu üzrə sahibkarlıq subyektlərindən intensiv heyvandarlıq və arıçılıq (arı məhsullarının sənaye üsulu ilə emalı və qablaşdırılması) təsərrüfatlarının inkişafı, süfrə sularının birbaşa mənbəyindən qablaşdırılması məqsədilə müasir tələblərə cavab verən su istehsalı və quşçuluq təsərrüfatlarının bazasında dərin emal (o cümlədən tullantılardan yem və bioqaz alınması) sahələrinin yaradılması istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib.

Bu gündən etibarən sahibkarlıq subyektləri müvəkkil kredit təşkilatları vasitəsilə SKMF-a müraciət edə bilər.

Əlaqə telefonu: (+994 12) 432-39-69.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR