Bank Of Baku

Daha 56 ədəd mənşəyi bəlli olmayan Yeni il hədiyyəsi satışdan çıxarılıb

Daha 56 ədəd mənşəyi bəlli olmayan Yeni il hədiyyəsi satışdan çıxarılıb
# 23 dekabr 2010 12:57 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti Yeni il hədiyyələri ilə bağlı monitorinqləri davam etdirir.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, monitorinqlər zamanı Bakının Binəqədi rayonunda 7-ci mikrorayon, S.Axundov küçəsi, 3C ünvanında yerləşən “Bona market”də, S.S.Axundov küçəsi, 13/37 ünvanındakı “Elşad 443 market”də, Nərimanov rayonunda Ə.Rəcəbli prospekti, ev 13, mənzil 100 ünvanında yerləşən “Brand market”də, Xətai rayonunda Babək prospekti, 2345-ci məhəllədə yerləşən “Məhəllə market”də ümumi çəkisi 17 kiloqrama yaxın olan 56 ədəd mənşəyi bəlli olmayan Yeni il hədiyyəsi aşkar olunub, satışdan çıxarılaraq məhv edilib.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.

Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlakçılara Yeni il hədiyyəsi alarkən diqqətli olmağı, hədiyyə qutularının üzərində istehsalçının adı, ünvanı, hədiyyənin tərkibi, istehsal tarixi, saxlama müddəti və s. məlumatların olmasına diqqət yetirməyi tövsiyə edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR