Bank Of Baku

Bakıda normativ sənədin tələblərinə cavab verməyən süd məhsulları istehsal edən müəssisə aşkarlanıb

Bakıda normativ sənədin tələblərinə cavab verməyən süd məhsulları istehsal edən müəssisə aşkarlanıb
# 23 dekabr 2010 13:37 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin 1 saylı Ərazi Dövlət Nəzarəti İdarəsinin əməkdaşları Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayon, Dağıstanlı küçəsi, 118 ünvanında yerləşən fiziki şəxs Z.Sənalının rəhbərlik etdiyi müəssisədə süd məhsullarının istehsalı zamanı standartların tələblərinə, metroloji qayda və normalara riayət olunmasını araşdırıb.

Komitədən “APA-Economics”ə verilən məlumata görə, araşdırma zamanı müəyyən olunub ki, istehsal üçün lazımı şərait olmaması ilə yanaşı, müəssisə tələb olunan normativ sənədlərlə də təmin edilməyib, məhsullar üçün resepturalar mövcud deyil, markalanmada ciddi nöqsanlar var.

Hazır məhsullardan seçilib götürülmüş nümunələrin Komitənin Təcrübə-Sınaq Mərkəzində müayinəsi zamanı məlum olub ki, məhsul normativ sənədin (AZS 220 - 2006) tələblərinə cavab vermir. Belə ki, götürülmüş nümunədə (dovğa) fiziki-kimyəvi göstəricilərindən normativ sənədlə nəzərdə tutulmuş turşuluq dərəcəsi 90-1300T olduğu halda, nümunədəki göstərici 550T olub. Aşkar olunan nöqsanların aradan qaldırılması üçün qanuna müvafiq qaydada tədbirlər görülüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR