Bank Of Baku

Saxlama müddəti ötmüş 230 kq-dan artıq ərzaq malları satışdan çıxarılaraq məhv edilib

Saxlama müddəti ötmüş 230 kq-dan artıq ərzaq malları satışdan çıxarılaraq məhv edilib
# 23 dekabr 2010 13:53 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən növbəti monitorinq keçirilib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, monitorinq zamanı Bakının Nəsimi rayonunda A.Mustafayev küçəsi, 3014-cü məhəllədəki «777 ticarət mərkəzi»ndə, Xətai rayonunda N.Əliyev küçəsi, ev 38A, məhəllə 1130-33 ünvanında Samir İsmayılova məxsus mağazada, Neapol küçəsi, 8 ünvanındakı «Uğur market»də, S.Mehmandarov küçəsində yerləşən «Gülnur market»də və «Real market»də, İ.İsmayılov küçəsi, ev 9, döngə 1 ünvanında yerləşən «Mikura market»də, Ş.Mirzəyev küçəsi, ev 3 ünvanındakı «Alfa market»də, Yasamal rayonunda S.Əsgərova və N.Nərimanov küçələrinin kəsişməsində yerləşən «Renat market»də, H.Cavid prospekti, ev 1 ünvanında yerləşən «RM market»də, F.İbrahimbəyov küçəsi, ev 15 ünvanında yerləşən «Mutlu market»də, M.Rahim küçəsi, 22 ünvanında Nazim Osmanova məxsus mağazada, Nərimanov rayonunda F.X.Xoyski küçəsi, ev 138/18 ünvanında yerləşən «Bizim market»də, F.Əsədov küçəsi, 2 ünvanında Yusif Hüseynəliyevə məxsus mağazada, Ucar rayonunda M.Əzizbəyov küçəsində Ərzuman Musayevə məxsus mağazada, Qazax rayonunda Əzizbəyli kəndində Mahmud Orucova məxsus mağazada, Bərdə rayonunda Nizami küçəsində Mehman Məmmədova məxsus mağazada, Daşkəsən rayonunda T.İsmayılov küçəsində Tofiq Məmmədova məxsus mağazada, Qusar rayonunda Avaran kəndində Əmirxan Vəlixanova məxsus mağazada, Zaqatala rayonunda Xətai küçəsində yerləşən «Bayqida» mağazasında, Mingəçevir şəhərində Naxçıvan küçəsində Elşən Rəhimova məxsus «Anar market»də, ümumi çəkisi 230 kiloqramdan artıq olan saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan ərzaq malları, o cümlədən qənnadı məhsulları, süd və süd məhsulları, ət məhsulları, konservləşdirilmiş məhsullar, un məmulatları, yağlar, sərinləşdirici içkilər, meyvə şirələri, pivə və s. aşkar olunub, satışdan çıxarılaraq məhv edilib.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR